"Concierge Tbilisi"nin nümayəndəsi - Hindistandan yüksək gəlirli səyahətçiləri gətirməyi planlaşdırırıq
Gürcüstanın Milli Turizm Administrasiyası Hindistanda Mumbayda Asiyanın ən böyük turizm sərgilərindən birində iştirak edib. Gürcüstan “OTM 2025″də böyük nümayəndə heyəti və milli stendlə təmsil olunub.
Beynəlxalq turizm sərgisində Milli Turizm Administrasiyası ilə birlikdə, Gürcüstandan 45-ə qədər özəl şirkət iştirak edirdi.
“Concierge Tbilisi”nin nümayəndəsi Nino Sxirtladze sərgi haqqında danışır.
“Hindistan çox maraqlı bazardır, xüsusilə özəl sektorun inkişafı baxımından, çünki biz ölkəmizdə daha çox pul xərcləyəcək yüksək gəlirli səyahətçiləri gətirmək istəyirik və bu, qonaqpərvərlik sənayesini inkişaf etdirəcək. Biz mütəmadi olaraq belə sərgilərdə iştirak etməyi planlaşdırırıq. Mən çox şadam ki, bizimlə bərabər layiqli şirkətlər təmsil olunur və biz Gürcüstan üçün düzgün imic yaradırıq və bir neçə əhəmiyyətli sövdələşmələr bağlayacağımıza böyük ümidim var” – Nino Sxirtladze bildirib.
“OTM 2025” sərgisində 60-dan çox ölkədən 1600 turizm şirkəti və təşkilatı təmsil olunmuşdu. Mumbay Turizm Sərgisinə 40 mindən çox ziyarətçi gəlib.
Məlumatı Milli Turizm Administrasiyası yayır.