Con Kirbi – yalnız Vladimir Zelenski müəyyən edə bilər, Moskva ilə danışıqlar istəyir ya yox

12:03, 07.04.2023

Yalnız Vladimir Zelenski müəyyən edə bilər, Moskva ilə danışıqlar istəyir ya yox, – bu bəyanat Ağ Evdə verildi.

“Yalnız Vladimir Zelenski müəyyən edə bilər, hazırdır ya yox və danışıqlar üçün nə vaxt hazırdır, hansı kontekstdə və nə barərində. Hesab edirik ki, Ukraynasız Ukrayna barəsində danışıqlar ola bilməz”, – Ağ Evin Milli Təhlükəsizlik Məsələləri üzrə Strateji Kommunikasiyalar üzrə koordinatoru, Con Kirbi bəyan etdi.

Kirbi bu barədə mediada Ukrayna tərəfinin müəyyən şərtlər daxilində Krımla bağlı Rusiya Federasiyası ilə danışıqlara hazır olması ilə bağlı xəbərlərə cavab olaraq bəyan etdi.

 

Oxşar