Con Kirbi Ukraynanın “ATACMS” tipli uzaqmənzilli raketlərdən Rusiya ərazisinə zərbələr endirmək məqsədilə istifadə etmək üçün icazə aldığını təsdiqləyir

10:30, 26.11.2024

 

Amerika Birləşmiş Ştatlarının Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Ukraynanın “ATACMS” tipli uzaqmənzilli raketlərdən Rusiya ərazisinə zərbələr endirmək məqsədilə istifadə etmək üçün icazə aldığını təsdiqləyir.

Kirbi bildirib ki, ABŞ “ATACMS” raketlərinin istifadəsi ilə bağlı “həqiqətən də təlimatları dəyişib” və indi ukraynalılar “onlardan konkret növ hədəflərə qarşı istifadə edə bilərlər”.

“İndi onlar təcili ehtiyac halında müdafiə üçün “ATACMS”dan istifadə edə bilərlər. Gördüyümüz kimi, Kursk vilayətində bu baş verir” – Kirbi bildirib.

Məlumat üçün bildirək ki, bundan əvvəl bir neçə media mənbələrə istinadən, Co Bayden administrasiyasının Ukraynaya ABŞ-ın verdiyi silahla Rusiya ərazisinin dərinliklərinə zərbələr endirməsini qadağan edən məhdudiyyətləri aradan qaldırdığı haqda məlumat yaymışdı. Ukrayna “ATACMS” tipli ballistik raketlərindən Rusiya ərazisində ilk dəfə noyabrın 19-da istifadə edib.

Oxşar