Con Kirbi – Rusiya ilə danışıqlara başlamaq barədə yalnız Ukrayna prezidenti qərar verə bilər
Rusiya ilə danışıqlara başlamaq barədə yalnız Ukrayna prezidenti qərar verə bilər, -bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə direktoru, Con Kirbi mediaya bəyan etdi.
Onun sözlərinə görə, danışıqların nə vaxt və necə aparılacağını Ukrayna prezidenti Vladimir Zelenski özü müəyyən edir.
“Danışıqlara hazır olub-olmadığını və bu danışıqların nə vaxt və necə aparılacağını Zelenski özü müəyyənləşdirir. ABŞ-da heç kim onu danışıqlara sövq etmir”, – Kirbi qeyd etdi.