Böyük Britaniyanın müdafiə naziri Con Hill bildirib ki, Rusiya və İran birlikdə ‘aqressiya oxu’ yaradır.
‘BBC’yə verdiyi müsahibədə Hill izah edib ki, hərbi kəşfiyyatın son məlumatlarına görə, Yaxın Şərqdə münaqişə başlamazdan əvvəl Rusiya İrana kəşfiyyat məlumatları ötürür və hərbi hazırlıqda da ona kömək edirdi.
Böyük Britaniyanın müdafiə naziri həmçinin bildirib ki, İranda ‘Putinin gizli əli’ var.