Con Hill – Donald Trampın Ukrayna və NATO-ya sadiq qalacağını gözləyirik

13:04, 11.11.2024

 
Donald Trampın Ukrayna və NATO-ya sadiq qalacağını gözləyirik – bu haqda Böyük Britaniyanın müdafiə naziri Con Hill bildirib.

“Amerika Birləşmiş Ştatlarının Britaniya kimi müttəfiqlərin yanında qalacağını və Putinin işğalını məğlub etmək üçün lazım olan qədər Ukraynanı dəstəkləyəcəyini gözləyirəm” – Hill bildirib.

Bununla yanaşı, Böyük Britaniyanın müdafiə naziri qeyd edib ki, Avropa ölkələri müdafiə xərclərinin artırılması baxımından daha çox iş görməlidirlər.

“Amerika Birləşmiş Ştatlarının NATO-dan üz döndərəcəyini gözləmirəm. Onlar ittifaqın əhəmiyyətini başa düşürlər. Onlar Avropada gələcək münaqişəni aradan qaldırmağın əhəmiyyətini başa düşürlər” – Hill bildirib.

Oxşar