Milli təhlükəsizlik məsələləri üzrə Amerika Birləşmiş Ştatları prezidentinin məsləhətçisi Con Bolton Kiyevə endi. Məlumatı Ukrayna mediası, Kiyevdə Amerika Birləşmiş Ştatları Səfirliyinin bəyanatına istinad edərək yayır.
“Con Boltonun Ukraynaya növbətini səfərini alqışlayırıq. Onun Ukraynaya səfəri Ukrayna ərazi bütövlüyünə və suverenliyinə dəstəyinin bir daha sübutudur”, – ABŞ Səfirliyinin bəyanatında deyilir.
Boltonun dediyinə görə, Amerika Birləşmiş Ştatları Zelenskinin islahat və planlarını ki, Ukrayna daha güclü və uğurlu ölkə olsun, dəstəkləyir.
Yayılan məlumata görə, Ukraynadan sonra Con Bolton Moldovaya səfər edəcək.