Çoxatauri munisipalitetinin Buknari kəndində qarşıdurma baş verdi, vəziyyət bu vaxt üçün sakitləşib
Çoxatauri munisipalitetinin Buknari kəndində qarşıdurma baş verdi. Hadisə yerinə polis səfərbər olunub.
Kənd əhalisi və yerinə gedən vətəndaşları aralamağa hüquqmühafizəçilər çalışırlar.
Vəziyyət bu vaxt üçün sakitləşib.
Kənddə narazılıq müsəlman və xristian vətəndaşları arasında başladı. Konkret olaraq, müsəlman icması nümayəndələri kənddə ibadət yerinin təşkil edilməsini tələb edirlər. Xristian icması nümayəndələri isə, buna qarşı çıxırlar. Fikir müxtəlifliyi dünən fiziki qarşıdurmaya qədər artdı. Fakt üzrə DİN bir nəfəri yaxaladı.
Bu gün bölgə administrasiyasında tərəflər arasında dialoq baş verməli idi, lakin görüş baş tutmadı.
Çoxatauri meri, İrakli Kuçava bəyan edir ki, hakimiyyət və polis hər şeyi edəcək ki, Buknari kəndində münaqişə problemlər yaranmadan həll olunsun.