Co və Cil Bayden Donald Trampın andiçmə mərasimində iştirak edəcəklər
Amerika Birləşmiş Ştatlarının indiki prezidenti Co Bayden və birinci xanım Cil Bayden Donald Trampın andiçmə mərasimində iştirak edəcəklər. Bu haqda məlumatı Ağ Ev təsdiqləyir.
“Prezident seçkilərdə qələbə qazananın kimliyindən asılı olmayaraq, onun andiçmə mərasimində iştirak edəcəyinə söz verdi. O və birinci xanım bu vədi yerinə yetirəcək və andiçmə mərasimində iştirak edəcəklər. Bayden hesab edir ki, bu, demokratik dəyərlərimizə sadiqliyimizin və xalqın iradəsinə hörmətin mühüm nümayişidir, çünki biz nizamlı və effektiv keçid prosesini təmin etməyə davam edirik” – Ağ Evin mətbuat katibinin müavini “CNN”ə söhbətində qeyd edib.
Bununla yanaşı, Donald Trampın andiçmə mərasimi 2025-ci ilin yanvarın 20-də keçiriləcək. Məlumat üçün bildirək ki, Tramp 2020-ci ilin seçkilərindən sonra Co Baydenin andiçmə mərasimində iştirak etməyib.