Respublikaçı konqresmen Co Uilson ABŞ Dövlət Departamentinin avtorizasiya aktında “Gürcü kabusunun tanınmaması”na dair düzəliş təklifini təqdim edib.
Bu barədə məlumatı Co Uilsonun özü sosial şəbəkədə yayır.
Sənəddə deyilir ki, düzəliş ABŞ hökumətinə və onun istənilən qurumuna “Gürcü Arzusu” hökumətini tanımağı qadağan edir.
Qeyd olunan təklifə Nümayəndələr Palatası baxmalıdır.
“Heç bir federal vəzifəli şəxs və ya əməkdaş Amerika Birləşmiş Ştatları tərəfindən Gürcüstanda “Gürcü Arzusu”nun rəhbərliyi ilə fəaliyyət göstərən hökumətin tanınması və ya nəsə formada başqa cür nəzərdə tutulması məqsədi ilə nəsə tədbir həyata keçirə və heç bir federal vəsait ayıra bilməz” – düzəlişdə deyilir.
Amerikalı konqresmen Co Uilson “Gürcüstanın demokratiyası üçün xələl gətirən fəaliyyətlə məşğul olan şəxslərə qarşı sanksiyaların tətbiqini” nəzərdə tutan Gürcüstanla bağlı “MEGOBARI Act” qanun layihəsinin müəllifidir.
Lakin, Demokrat konqresmen Stiv Koenin sentyabrın 11-də Helsinki Komissiyasında dediyi kimi: “Təəssüf ki, Senat “MEGOBARI Act”ı qəbul etmədi və qəbul etməyəcəklər, nəsə problemlər oldu və ola bilsin bu, limanla bağlı olan konkret bir böyük bizneslə əlaqəli olsun. “MEGOBARI Act”ı bir nəfər basdıra bildi”.