Co Uilson - ATƏT/Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun hesabatını müzakirə etdikdən sonra bir daha bəyan edirəm, "Gürcü Arzusu"nun de-fakto hökuməti legitim deyil, prezident Zurabişvili yeganə legitim qüvvədir

İstənilən yeni hökumət azad və ədalətli seçkilər yolu ilə formalaşmalıdır – bu haqda Helsinki Komissiyasının sədri, respublikaçı konqresmen və “Dostluq aktı”nın müəllifi Co Uilson sosial şəbəkədə yazır.

“ATƏT/Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun hesabatını müzakirə etdikdən sonra bir daha əvvəl söylədiyimi bəyan edirəm: “Gürcü Arzusu”nun de-fakto hökuməti legitim deyil. Prezident Zurabişvili yeganə legitim qüvvədir. İstənilən yeni hökumət azad və ədalətli seçkilər yolu ilə formalaşmalıdır” – Co Uilson yazır.