Co Baydenin ofisində Baydenə prostat xərçəngi diaqnozu qoyulduğunu bildirirlər
Co Baydenin ofisində Baydenə prostat xərçəngi diaqnozu qoyulduğunu bildirirlər

 

ABŞ-nin sabiq prezidenti Co Baydenə prostat xərçəngi diaqnozu qoyulub. Medianın yazdığı kimi, bu barədə Baydenin şəxsi ofisi tərəfindən yayılan bəyanatda qeyd olunub.

Məlum olduğu kimi, Baydendə bədxassəli şiş var və metastazlar sümüklərə yayılıb.

“Bunun xəstəliyin daha aqressiv forması olmasına baxmayaraq, görünür, xərçəng hormonlara həssasdır, bu isə effektiv müalicəyə imkan verir” – bəyanatda qeyd olunub.

Xatırladaq ki, Co Bayden ABŞ-nin 46-cı prezidenti idi. O, 2020-ci ilin seçkilərində Donald Trampı məğlub etdi. Bayden 2024-cü ilin prezident seçkilərində ikinci müddətə namizədliyini irəli sürdü, lakin Demokratlar onu namizədliyini geri götürməyə çağırırdılar. Daha sonra o, prezidentlik kampaniyasından geri çəkildi və o vaxtkı vitse-prezident Kamala Harrisi dəstəklədi.