Co Bayden Vindzor qəsrində Kral III Çarlzla görüşüb
Co Bayden Vindzor qəsrində Kral III Çarlzla görüşüb

 

ABŞ Prezidenti Co Bayden Birləşmiş Krallığın monarxı III Çarlzı Vindzor qəsrində ziyarət edib.

Qeyri-rəsmi səfərə baxmayaraq, Amerika lideri təntənəli şəkildə qarşılanıb.

Kral Çarlz üçün Co Bayden monarx vəzifəsində görüşdüyü ilk ABŞ prezidentidir, lakin 1959-cu ildə Şahzadə Çarlz 10 yaşında olarkən Balmoralda prezident Eizenhauer ilə görüşmüşdü. 1970-ci ildə isə Ağ Evdə prezident Niksonla görüşmüşdü.

Kral Çarlzla görüşməzdən əvvəl Co Bayden Baş nazir Rişi Sunakla görüşdüyü Dauninq küçəsində olub. Ağ Evin lideri Londondan Vilnüsə gedəcək və orada NATO zirvə görüşündə iştirak edəcək.