Co Bayden və Pedro Sançes Ukraynaya dəstək məsələlərini müzakirə etdilər
ABŞ prezidenti, Co Bayden və İspaniyanın baş naziri, Pedro Sançes Ağ Evdə görüş zamanı Ukraynaya dəstək məsələlərini müzakirə etdilər.
Co Bayden Çinin 12 bəndlik sülh planına əks səda verdi və qeyd etdi ki, əgər Pekin suverenliyə hörmətlə bağlı birinci bənddə ciddidirsə, o zaman Rusiyanı Ukraynadan çəkilməyə çağırmalıdır.
Öz növbəsində ispan diplomat Vladimir Zelenskiyə və onun sülh planına tam dəstəyini ifadə etdi.
“Biz Ukraynanı dəstəkləyirik. Sözsüz ki, uzunmüddətli və ədalətli sülh üzərində işləyirik, hansı da beynılxalq hüquqa və eləcə də BMT əsasnamə prinsiplərinə tam hörmət edir. Səhv buraxmayaq, bu müharibədə aqressor var və tlafat var, bu aqressor isə, prezident Putindir”, – Pedro Sançes bəyan etdi.