Co Bayden Ukraynaya 725 milyon dollarlıq yeni hərbi yardım paketinin ayrılması barəsində sərəncam imzaladı
ABŞ prezidenti, Co Bayden Ukraynaya 725 milyon dollarlıq yeni hərbi yardım paketinin ayrılması barəsində sərəncam imzaladı.
“BBC”-nin yazdığı kimi, qeyd olunan məbləğ müdafiə üçün nəzərdə tutulan texnikanı, eləcə də hərbi təlim və təhsil xərclərini əhatə edəcək.
Ağ Ev həmçinin “Nasams” hava hücumundan müdafiə sisteminin Ukraynaya çatdırılmasını sürətləndirmək üçün çalışır. Pentaqonun məlumatına görə, yeni paketə “Highmars” artilleriya-raket sistemi üçün əlavə döyüş sursatı, 23 000 artilleriya mərmisi, 5 000 məsafədən tank əleyhinə mina, radar raketləri və 200-ə qədər maşın daxil olacaq.
ABŞ 2021-ci ilin yanvarından sonra Ukraynaya hərbi yardım şəklində 18,2 milyard dollarlıq paket ayırıb.