Co Bayden Ukraynaya 675 milyon dollarlıq yeni hərbi yardım paketini təsdiqlədi
ABŞ prezidenti, Co Bayden Ukraynaya 675 milyon dollarlıq yeni hərbi yardım paketini təsdiqlədi. Bu barədə Almaniyada “Ramşteyn” formatı adı altında yaradılmış təmas qrupunun iclasının əvvəlində dövlət katibi, Loyd Ostin bəyan etdi.
Ukraynaya dəstək məsələsini müzakirə etmək üçün “Ramşteyn” bazasında onlarla ölkənin müdafiə nazirlərinin görüşü Loyd Ostinin sədrliyi ilə keçirilir. Bu, qeyd olunan formatda keçirilən beşinci görüşdür. Ostinin qeyd etdiyi kimi, görüşdə müttəfiq ölkələrin Ukrayna qüvvələrinə necə təlim keçə biləcəyi və onların müdafiə qabiliyyətinin yüksəldilməsi müzakirə olunacaq.
“Əlaqə qrupu Ukraynanın cəsur müdafiəçilərinə uzunmüddətli dəstək barədə razılığa gəlməlidir. Bu, indi imkanların daimi və davamlı axını deməkdir”, – Ostin bəyan etdi.
ABŞ-ın yeni yardım paketi hərbi texnika – “Humvee” döyüş maşınları və tank əleyhinə sistemlərini əhatə edir.
Rusiya müdaxiləsi başlayandan ABŞ Ukraynaya 10 milyard dollardan çox hərbi yardım ayırıb.