Co Bayden Ukraynaya 400 milyon dollarlıq yeni silah tadarükü paketini imzaladı
ABŞ prezidenti, Co Bayden bu gün Ukraynaya dörd “HIMARS” artilleriya sistemi və sursat da daxil olmaqla 400 milyon dollarlıq yeni silah tadarükü paketini imzaladı. Bu barədə məlumartı “Reuters” agentliyi yayır.
Medianın məlumatına görə, ABŞ-ın yüksək vəzifəli müdafiə rəsmisi anonimlik şərti ilə əlavə HIMARS-ların çatdırılması ilə ümumi sayın 12 vahidə qədər artacağını bəyan etdi.
“Ukrayna qüvvələri hazırda Ukrayna ərazisindəki Rusiya mövqelərinə, cəbhə xəttinin daha dərinliklərinə doğru uğurla hücum edir və Rusiyanın artilleriya əməliyyatı aparmaq qabiliyyətini pozur”, – yüksək vəzifəli müdafiə rəsmisi bəyan etdi.
Ən son silah paketinə “haubitsa” tipli artilleriya sistemləri üçün daha dəqiq döyüş sursatları da daxildir.
Rusiyanın Ukraynaya müdaxiləsindən sonra ABŞ rəsmi Kiyevə 7,3 milyard dollarlıq yardım paketi ayırıb.