Co Bayden - səs çoxluğu ilə Rusiyanın BMT-nin İnsan Haqları Şurasından qovulması qərarını alqışlarla qarşılayıram
Co Bayden - səs çoxluğu ilə Rusiyanın BMT-nin İnsan Haqları Şurasından qovulması qərarını alqışlarla qarşılayıram

ABŞ prezidenti Rusiyanın BMT İnsan Haqları Şurasında üzvlüyünün dayandırılmasını alqışlayır. ABŞ prezidentinin rəsmi saytında dərc olunmuş bəyanatda qeyd edildiyi kimi, bu, beynəlxalq ictimaiyyətin mühüm addımıdır.

“Səs çoxluğu ilə Rusiyanın BMT-nin İnsan Haqları Şurasından qovulması qərarını alqışlarla qarşılayıram. Bu, beynəlxalq ictimaiyyətin mühüm addımıdır, hansı da yenə göstərir ki, Putinin müharibəsi Rusiyanı beynəlxalq ictimaiyyətdən təcrid olunmuş, qovulmuş ölkəyə çevrildi”, – Ağ Evin veb-səhifəsində deyilir.

Onun sözlərinə görə, ABŞ və müttəfiqləri bu nəticəyə nail olmağa çalışırdılar, çünki Rusiya sistemli şəkildə insan haqlarını pozur.

“Rusiyaya İnsan Hüquqları Şurasında yer yoxdur. Şuranın komissiyası Rusiya tərəfindən Ukraynada insan haqlarının pozulması faktlarını araşdırana qədər, Rusiya şurada işləyə və dezinformasiya yaya bilməyəcək”, – bəyanatda deyilir.