Co Bayden – Rusiyanın Ukraynanın zəbt etdiyi ərazilərdə referendum keçirməsi xəyaldır, ABŞ onu heç vaxt tanımayacaq

14:18, 24.09.2022

Rusiyanın Ukraynanın zəbt etdiyi ərazilərdə referendum keçirməsi xəyaldır, Amerika Birləşmiş Ştatları onu heç vaxt tanımayacaq, – bu barədə Amerika Birləşmiş Ştatlarının prezidenti, Co Bayden bəyan etdi.

Onun sözlərinə görə, bu “referendumlar” işğal olunmuş bölgələrin anaksiyasına yönəlib və Vaşinqton heç vaxt Ukrayna ərazilərini başqa ölkənin ərazisi kimi tanımayacaq.

Amerika Birləşmiş Ştatlarının prezidenti deyir ki, Vaşinqton Rusiyaya qarşı əlavə ciddi sanksiyaların tətbiqi üçün müttəfiqləri və partnyorları ilə fəal işləyəcək.

Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində Rusiyaya birləşmə ilə bağlı qondarma referendum dünən başladı və sentyabrın 27-dək davam edəcək.

Oxşar