Co Bayden Polşaya, Ukrayna sərhədində yerləşən şəhərə gedəcək
Co Bayden Polşaya, Ukrayna sərhədində yerləşən şəhərə gedəcək

ABŞ prezidenti, Co Bayden Polşaya, Ukrayna sərhədində yerləşən şəhərə gedəcək. Məlumatı “BBC” Ağ Evə istinad edərək yayır.

Yayılan əlumata görə, ABŞ prezidenti Ukrayna sərhədindən 80 kilometr aralıda yerləşən Jeşuv şəhərinə gedəcək.

Ağ Evdən verilən məlumata görə, səfərin məqsədi Rusiyanın Ukraynaya təcavüzü qarşısına qərbin həlledici münasibətini göstərməkdir.

Jeşuvda Bayden Polşa prezidenti, Anjey Duda ilə görüşəcək. Prezidentlər Rusiyanın bombalaması nəticəsində bir neçə milyon Ukraynalının ölkəni tərk etməsindən sonra, Polşanın üzləşdiyi problemləri müzakirə edəcəklər.

ABŞ prezidenti Polşada Ukraynalıların özləri ilə də görüşmək istəyir.