Co Bayden Konqresə müraciət edib – Sizi təcili olaraq Ukrayna və İsrailin maliyyələşdirilməsini ehtiva edən milli təhlükəsizlik qanun layihəsini imzalamaq üçün mənə göndərməyə çağırıram
ABŞ prezidenti Co Bayden növbəti dəfə ABŞ Konqresini Ukrayna və İsrailin maliyyələşdirilməsini nəzərdə tutan milli təhlükəsizlik qanun layihəsini təsdiq etməyə çağırıb.
Baydenin qeyd etdiyi üzrə, yardım paketinin təsdiqi Ukrayna və İsrail üçün çox vacibdir.
“Mən töhfə verməyə davam etməyə hazıram. Düşünürəm ki, Konqres üzvlərinin böyük əksəriyyəti, bu zalda olan hər bir üzvü Vladimir Putinə qarşı çıxmağa yönəlik çağırışı davam etməyə hazırdır. O, quldurdur.
Mən sizi dərhal milli təhlükəsizlik qanun layihəsini imzalamaq üçün mənə göndərməyə çağırıram. Qanun layihəsi Ukrayna və İsrailin maliyyələşdirilməsini ehtiva edir və Qəzza zolağına humanitar yardım üçün heç də az əhəmiyyət kəsb etmir. Onların buna həqiqətən ehtiyacı var” – deyə Bayden bildirib.