Co Bayden İtaliyaya səfərini ləğv edib
Co Bayden Kaliforniya meşə yanğınları səbəbindən İtaliyaya planlaşdırılan səfəri ləğv edib. Co Bayden yanvarın 9-12-də İtaliyaya səfər etməyi planlaşdırırdı və Roma Papası Fransisk, İtaliyanın Prezidenti Sercio Matarella və İtaliyanın Baş naziri Corcia Meloni ilə görüşməli idi.
“Bu gün axşam Los-Ancelesdən qayıtdıqdan sonra prezident Bayden planlaşdırılan səfəri ləğv etmək haqda qərar qəbul etdi” – Ağ Evin bəyanatında deyilir.
Xatırladaq ki, hazırda Los-Anceles və qonşu Ventura əyalətlərində azı altı yanğın ocağı var.
Yanğın nəticəsində 5 nəfər həlak olub, onlarla insan isə yaralanıb. 100 mindən çox insan təxliyə edilib.