Co Bayden İsveç və Finlandiyanın NATO-ya daxil olması haqqında protokolu imzaladı

10:11, 10.08.2022

Amerika Birləşmiş Ştatlarının prezidenti İsveç və Finlandiyanın NATO-ya daxil olması haqqında protokolu imzaladı.

“Amerika, İsveç və Finlandiya təhlükəsizlik çağırışları qarşısında birlikdə ayıq-sayıq olmağa, təhdidləri saxlamağa və aqressiya yaranarsa ona müqavimət göstərməyə davam edəcək”, – Co Bayden Ağ Evdə imzalanma mərasimi zamanı bəyan etdi.

Amerika prezidenti NATO-da müttəfiqlərini protokolun imzalanması prosesini gecikdirməməyə çağırıb.

Amerika Birləşmiş Ştatları İsveç və Finlandiya protokolunu imzalayan 23-cü ölkə oldu. İsveç və Finlandiya NATO-ya üzv olmaq üçün mayın 18-də müraciət etdilər.

Oxşar