Co Bayden, İsrailin bu gün İranın obyektlərinə qarşı zərbələr həyata keçirməyəcəyini bildirir
ABŞ Prezidenti Co Bayden, İsrailin bu gün İranın obyektlərinə qarşı zərbələr həyata keçirməyəcəyini bildirir. ABŞ Prezidentinin bəyanatını “Sky News” telekanalı yayır.
Baydenə İsrail tərəfindən İranın neft obyektlərinə qarşı zərbələrin həyata keçirilməsinə dəstək olub-olmayacağı haqda sual verilib.
“Biz bu məsələni müzakirə edəcəyik, lakin bu gün heç nə olmayacaq; Bu haqda daha sonra danışacağıq” – Bayden bildirib.
Məlumat üçün bildirək ki, Bayden bundan əvvəl İsrailin İranın nüvə obyektlərinə potensial hücumunu dəstəkləməyəcəyini bildirmişdi. Bununla yanaşı, ABŞ Prezidenti ABŞ-da İrana qarşı hansı sanksiyaların nəzərdən keçirildiyini açıqlamaqdan imtina edib. Ağ Evdə daha əvvəl İsrailə qarşı irimiqyaslı raket hücumuna görə Tehranı ciddi nəticələrin gözlədiyini demişdilər.
Pentaqonun rəhbəri Lloyd Ostin İranın İsrailə hücumunu “kobud təcavüz aktı” adlandırıb.