Co Bayden "HƏMAS"ın əsirliyində olan girovların azad edilməsi üçün gündəlik müzakirələrə aktiv şəkildə qoşulduğunu bildirib
Co Bayden "HƏMAS"ın əsirliyində olan girovların azad edilməsi üçün gündəlik müzakirələrə aktiv şəkildə qoşulduğunu bildirib

 
ABŞ Prezidenti Co Bayden “HƏMAS”ın əsirliyində olan girovların azad edilməsi üçün gündəlik müzakirələrə aktiv şəkildə qoşulduğunu bildirib. Bayden əsirlərin azad ediləcəyinə inandığını söyləyib.

“Bizi gözləyin, gəlirik” – Bayden jurnalistin girovların ailə üzvlərinə mesajının nə olacağı ilə bağlı sualına belə cavab verib.

ABŞ Prezidenti girovların azad edilməsi üçün danışıqlarda iştirak edən tərəflərlə hər gün danışdığını, lakin təfərrüatları bölüşmək istəmədiyini bildirib.

İsraildə açıqlandığı üzrə, “HƏMAS”ın əsirliyində ümumilikdə 240 girov var və hazırda onlardan yalnız 4-ü azad edilib.