Co Bayden – əgər Putinin nüvə silahından istifadə etmək niyyəti yoxdursa, niyə bu barədə danışmağı davam etdirir

10:08, 28.10.2022

ABŞ prezidenti Vladimir Putinin Rusiyanın Ukraynada nüvə silahından istifadə etmək niyyətində olmadığı barədə sözlərinə skeptizm ilə yanaşdığını bildirdi. Bu barədə “Reuters” yazır.

“Əgər belə niyyəti yoxdursa, niyə bu haqda danışır? Niyə o, taktiki nüvə silahından istifadə imkanından danışır?”, – Bayden Amerika mediasına bəyan etdi.

Ağ Ev Rusiyanın Ukraynada “çirkli bombadan” istifadə imkanını nəzərdən keçirə biləcəyini istisna etmir, baxmayaraq ki, Pentaqon hələlik bunun heç bir əlamətini görmədiyini bildirib.

Ona qədər Rusiya Ukraynanı çirkli bombadan istifadə etməyə hazırlaşmaqda ittiham etdi, Qərb və Kiyev bunu yalan adlandırdı.

Oxşar