Co Bayden – düşünmürəm ki, Vladimir Putinin nüvə silahından istifadə edəcək

10:21, 12.10.2022

Amerika Birləşmiş Ştatlarının prezidenti, Co Baydenin bəyan etdiyinə görə, Vladimir Putinin nüvə silahından istifadə edəcəyini düşünmür. Bu barədə Bayden “CNN” telekanalına müsahibəsində bəyan etdi.

“Düşünmürəm ki, buna edəcək. Düşünürəm, bu barədə məsuliyyətsiz danışır, iri nüvə dövlətinin liderlərinin biri deyəndə ki, ola bilsin, taktik silahdan istfadə etsin”, – Bayden qeyd etdi.

Bayden, Putin vədlərinə əməl və nüvə silahından istifadə edərsə, Amerikanın cavabının nə olacağını açıqlamayıb.

ABŞ prezidenti noyabrda Balidə keçiriləcək “Böyük İyirmilik” sammiti çərçivəsində Putinlə danışıqların mümkünlüyünü də istisna etmədi.

“Mən onunla görüşü planlaşdırmıra, lakin “Böyük İyirmilik” sammitinə gəlsə və mənə desə ki, Britni Qraynerin azad olunamsı barəsində söhbət etmək istəyri, mən onunla görüşərdim. Hər şey vəziyyətdən asılıdır”, – Bayden bəyan etdi.

Baydenin sözlərinə görə, Putin rasional oyunçudur, lakin bir çox məsələlərdə çox yanılış etdi.

“Düşünürəm ki, Putinin fevraldakı çıxışında onun məqsədləri rasional deyildi. Hesab edirdi ki, Kiyevdə onu əlləri açıq qarşılayacaqlar və düşünürəm, burada çox yanılış etdi”, – Bayden bəyan etdi.

Oxşar