Co Bayden Donald Trampı Viktor Orbanla görüşünə görə tənqid edib
ABŞ prezidenti Co Bayden Donald Trampı Macarıstanın baş naziri Viktor Orbanla görüşünə görə növbəti dəfə tənqid edib.
“Kiminlə vaxt keçirdiyinə görə bir insan haqqında çox şey deyə bilərsiniz. Tramp ötən gün Viktor Orbanı öz klubunda qəbul edib. Viktor Orban demokratiyanın işləmədiyini düşünən biridir. Tramp ciddi şəkildə onu fantastik lider adlandırıb.Tramp onu və bütün dünyada digər diktatorluq istəyənləri və avtoritar fırıldaqçıları cəzb etməyə çalışır. Onun sözlərinə görə, Şimali Koreyanın diktatoru Kim Çen In ona gözəl məktub yazıb. O, Si Dzinpini kral adlandırmaqla öyünürdü. O, Rusiya prezidentinə deyib ki, Putin bizim müttəfiqlərimizə istədiyini edə bilər. Mən bu sitatları uydurmuram. O, diktator olmaq istədiyini deyəndə, mən ona inanıram”, – bu barədə Bayden Atlantada seçkiqabağı kampaniya zamanı bildirib.