Co Bayden – biz İranı tezliklə azad edəcəyik
ABŞ prezidenti, Co Bayden “İranı azad” edəcəyinə söz verdi. “Reuters” agentliyinin yazdığına görə, Bayden bu barədə Konqresin aralıq seçki kampaniyası zamanı çıxışı edərkə bəyan etdi.
“Narahat olmayın, tezliklə İranı azad edəcəyik. Tezliklə özlərini azad edəcəklər”, – ABŞ prezidenti Kaliforniyada çıxışı zamanı qeyd etdi.
Bayden ABŞ hökumətinin “İranı azad etmək” üçün nə etmək niyyətində olduğunu konkret olaraq açıqlamayıb.
Prezidentin qeyd olunan bəyanatını Ağ Ev hələlik şərh etməyib.
Xatırladırıq ki, artıq yeddi həftədir ki, İranda hökumət əleyhinə etirazlar davam edir. Etiraz dalğası Əxlaq Polisi tərəfindən həbs edilən 22 yaşlı Məhsa Əminin ölümündən sonra başladı.