Co Bayden bəyan edir ki, Respublikaçılar Konqresə noyabrda keçirilməsi planlaşdırılan aralıq seçkilərində qalib gəlsələr, Ukraynaya yardımı dayandıracaqlar
Amerika Birləşmiş Ştatlarını prezidenti, Co Bayden narahatdır ki, Respublikaçılar Konqresə noyabrda keçirilməsi planlaşdırılan aralıq seçkilərində qalib gəlsələr, Ukraynaya yardımı dayandıracaqlar.
“Bəli, bu məsələyə görə narahatam, çünki onlar dedilər ki, yardımı dayandıracaqlar”, – Bayden Pensilvanyaya səfəri zamnı bəyan etdi.
Bir neçə gün əvvəl, Konqresin aşağı palatasının respublikaçılarının lideri, Kevin Makkarti bəyan etdi ki, noyabrda keçiriləcək aralıq seçkilərdə Respublikaçılar Partiyası qalib gəlsə, gələn il Ukraynaya yardım azalacaq. Amerika mediasının məlumatına görə, bu fikirə Respublikaçıların özündə də qarşı çıxanlar var.
Rusiyanın Ukraynaya təcavüzündən sonra Amerika Birləşmiş Ştatları Ukraynaya 17,5 milyard dollardan çox maliyyə yardımı ayırıb.