Co Bayden – Balidə toplaşan liderlər qlobal sülh istiqamətilə tərəqqiyə cəhd etdikləri zaman, Putin mülki hədəflərə zərbələr endirir, bu barbarlıqdır

11:04, 16.11.2022

Balidə keçirilən ikitərəfli görüşdə ABŞ prezidenti, Co Bayden və Böyük Britaniyanın baş naziri Rişi Sunak Rusiyanın barbar hücumlarını pislədilər. Böyük Britaniya və ABŞ liderləri “Böyük İyirimilil” sammiti çərçivəsində görüşdülər.

“Biz burada, Balidə toplaşan liderlər qlobal sülh istiqamətilə tərəqqiyə cəhd etdikləri zaman, Putin mülki hədəflərə zərbələr endirir. Bu sadəcə olaraq barbarlıqdır”, – Co Bayden bəyan etdi.

Bununla yanaşı, “BBC”-nin yazdığı kimi, Rişi Sunak Rusiyanın raket zərbələrinin barbarlıq olduğunu qiymətləndirməkdə Baydenlə razılaşdı.

Eyni zamanda, iki ölkə lideri Polşadakı partlayışla bağlı medianın suallarına cavab vermədilər.

 

Oxşar