Co Bayden administrasiyası Ukraynaya növbəti iki milyard dollarlıq hərbi yardım paketini elan etdi

11:44, 24.02.2023

ABŞ prezidenti, Co Bayden administrasiyası Ukraynaya növbəti iki milyard dollarlıq hərbi yardım paketi barəsində bəyan edir. Bu barədə prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviri, Ceyk Salivan “CNN”-ə bəyan etdi.

Bu dəfə Ukrayna üçün silahlar Amerika ehtiyatlarından ayrılmayacaq, onları istehsal edən Amerika şirkətlərinə sifariş ediləcək. Lakin, bu səbəbdən Ukraynaya çatdırılma daha uzun çəkə bilər. Söhbət “Highmars” sistemlərindən, artilleriya sursatlarından, pilotsuz uçuş aparatlarından, eləcə də hərbçilərin təlim və texniki təminatından gedir.

ABŞ prezidenti Co Bayden yeni yardım paketini Kiyevə səfəri zamanı açıqladı.

Oxşar