Co Bayden ABŞ-ın Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etməyə hazır olduğunu bildirib

20:37, 04.05.2022

ABŞ prezidenti Co Bayden ABŞ-ın Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etməyə hazır olduğunu bildirib. “Sienen”in məlumatına görə, bu barədə Co Bayden Ağ Evdə media nümayəndələri ilə söhbətində bildirib.

Avropa İttifaqı və Böyük Britaniyanın Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsindən sonra Co Bayden ABŞ-ın “əlavə sanksiyalara həmişə açıq olduğunu” deyib.

“Mən bu həftə Böyük Yeddilik üzvləri ilə nə edəcəyimiz və ya etməyəcəyimiz barədə danışacağam”, – dedi Co Bayden.

Bu gün Avropa Komissiyasının prezidenti Ursula fon der Layen Rusiyaya qarşı Rusiya neftinin idxalına məhdudiyyətlər, həmçinin Rusiyanın ən böyük bankı Sberbank və digər şirkətlərin Swift sistemindən ayrılmasını özündə əks etdirən altıncı sanksiyalar paketini təqdim edib.

Bundan əlavə, Britaniya tərəfindən əlavə sanksiyalar tətbiq edilib. London daha 63 fiziki və hüquqi şəxsi, o cümlədən Rusiya media şirkətləri və onların sahiblərini qara siyahıya salıb.

Oxşar