ABŞ prezidenti Co Bayden ABŞ-da odlu silah satışını sərtləşdirən qanunu imzaladı.
İyunun 23-də Senat tərəfindən təsdiqlənən qanun layihəsini Co Bayden dünın imzaladı. Qanun silah satmazdan əvvəl 21 yaşına çatmamış şəxslərin ciddi yoxlanılmasını nəzərdə tutur və məişət zorakılığına görə məhkum olunmuş şəxslərə beş il müddətində odlu silah almağı qadağan edir.
Bundan əlavə, qanuna əsasən, vətəndaşlar üçün psixi sağlamlıq xidmətlərinin maliyyələşdirilməsinə və təhsil müəssisələrinin təhlükəsizliyinin təmin edilməsinə 15 milyard dollar, böhrana müdaxilə proqramlarının maliyyələşdirilməsinə isə, 750 milyon dollar ayrılacaq.
“Bu qanun mən istədiyim hər şeyi etmir, lakin çoxdan tələb etdiyim müddəaları əhatə edir, çünki onlar həyatı xilas edəcək”, – Bayden bətan etdi.
Qeyd olunasıdır ki, qanunun imzalanması son vaxtlar ABŞ-da odlu silahdan istifadə edilən qətllərin sayının artması fonunda baş verdi. May ayında Texas ştatının Yuvalde və Nyu-Yorkun Buffalo şəhərlərində açılan atəş nəticəsində 31 nəfər qətlə yetitildi.