Co Bayden Əfqanıstanın NATO xaricində əsas müttəfiq statusunu ləğv edəcək
Co Bayden Əfqanıstanın NATO xaricində əsas müttəfiq statusunu ləğv edəcək

ABŞ prezidenti, Co Bayden Əfqanıstanın NATO xaricində əsas müttəfiq statusunu ləğv edəcək. Bu barədə məlumat Ağ Evin saytında dərc olunur.

Prezident bu təşəbbüslə Nümayəndələr Palatasına müraciət edəcək.

“Əfqanıstanın NATO üzvü olmayan əsas müttəfiqi statusunu geri götürmək niyyətim barədə sizə məlumat verirəm”, – Nümayəndələr Palatasının spikeri, Nensi Pelosiyə yazdığı məktubda deyilir.

Əfqanıstan 2012-ci ildən ABŞ-ın NATO xaricində əsas müttəfiqlər siyahısında idi. ABŞ 2021-ci ilin avqustunda Əfqanıstanı tərk etdi, bundan sonra “Taliban” hərəkatı hakimiyyətə gəldi.