“CNN”in məlumatına əsasən, Corcia ştatında iki seçki məntəqəsinin minalanması ilə bağlı yalan bildirişə görə səsvermə prosesi müvəqqəti dayandırılmışdı

21:34, 05.11.2024

 
“CNN”in məlumatına əsasən, Corcia ştatında iki seçki məntəqəsinin minalanması ilə bağlı yalan bildirişə görə səsvermə prosesi müvəqqəti dayandırılmışdı.

“CNN” teleşirkətinin yazdığı kimi, hadisə Fulton dairəsində baş verib.

Yerli seçki administrasiyasının məlumatına əsasən, naməlum şəxslər polisə dairə ərazisində yerləşən iki seçki məntəqəsinin minalanmış olması barədə məlumat veriblər, buna görə də seçki işçiləri təxliyə edilib və səsvermə müvəqqəti dayandırılıb. Daha sonra bomba haqda təhdidin yalan olduğu müəyyən edilib.

“Bu məntəqələrin artıq fəaliyyət göstərdiyinə və bütün seçki məntəqələrində təhlükəsizlik tədbirlərinə əməl olunduğuna görə şadıq” – seçki administrasiyasında bildiriblər.

Hadisəyə görə Fultonun Seçki Administrasiyası səsvermə müddətinin uzadılması tələbi ilə məhkəməyə müraciət edəcək.

Oxşar