‘CNN’ – Yəmənli husilər ABŞ və İsrailin hücumları davam edəcəyi təqdirdə İranı dəstəkləmək üçün müharibəyə qoşulmağı planlaşdırırlar.
Yəmənli husilər ABŞ və İsrailin hücumları davam edəcəyi təqdirdə İranı dəstəkləmək üçün müharibəyə qoşulmağı planlaşdırırlar, – bu barədə ‘CNN’-ə husilərin nümayəndəsi Məhəmməd Mansuri bildirib.
Media yazır ki, bundan əvvəl husilər Bab əl-Məndəb boğazı və Qırmızı dənizdə gəmiçilik hərəkətinə dəfələrlə maneələr yaradaraq ticarətdə ciddi pozuntulara səbəb olublar.
‘Əgər Vaşinqton və onun müttəfiqləri vəziyyəti gərginləşdirməyə can atırlarsa, Yəmən müdaxilə edərək onları qabaqlayacaq’, – deyə Mansuri bildirib.