CNN - Vladimir Putin çalışır ki, 9 maya qədər Ukraynada "nəsə qələbə" qazansın və Moskvada ənənəvi parad keçirsin
Rusiya prezidenti, Vladimir Putin öz ordusu ilə çalışır ki, 9 maya qədər Ukraynada “nəsə qələbə” qazansın və Moskvada ənənəvi parad keçirsin, – məlumatı CNN yayır.
Medianın yazdığına görə, bir neçə ABŞ rəsmisinin kəşfiyyat məlumatlarına əsaslanaraq verdiyi məlumata görə, Rusiya prezidenti müharibə strategiyasını dəyişib və bütün diqqətini Donbas və Ukraynanın şərqindəki digər bölgələrin işğalına yönəldib. ABŞ rəsmilərinin versiyasına görə, Putin bunu mayın 9-dək etməlidir.
“Müharibə vəziyyətinə və danışıqlar prosesinə baxmayaraq, Putin mayın 9-da qələbə paradını keçirəcək. Digər tərəfdən, qələbə paradı hansı texnika və ordu ilə?”, – Amerikanın yüksək vəzifəli rəsmilərindən biri CNN-ə bəyan etdi.