“CNN” – Vaşinqtonda Reyqan Milli Hava Limanı yaxınlığında təyyarə qəzasından ehtimal ki, heç kim xilas ola bilməyib

19:37, 30.01.2025

 
Vaşinqtonda Reyqan Milli Hava Limanı yaxınlığında təyyarə qəzasından ehtimal ki, heç kim xilas ola bilməyib. Bu haqda məlumatı “CNN” yayır.

Vaşinqtonun Yanğın və Təcili Xidmətinin rəisi Con Donnelli xilasetmə əməliyyatının hazırda cəsədlərin axtarışına çevrildiyini bildirib.

Medianın yazdığı kimi, indiyədək toqquşma yerindən azı 30 cəsəd çıxarılıb.

Məlumat üçün bildirək ki, 64 nəfərin olduğu “American Airlines”ın sərnişin təyyarəsi Amerika Birləşmiş Ştatlarının ordusuna məxsus “Black Hawk” tipli helikopterlə toqquşub.

Oxşar