“CNN” – Ukraynanın ABŞ-Rusiya danışıqlarına dəvət edilməməsindən sonra Volodimir Zelenski Səudiyyə Ərəbistanına səfərini təxirə saldı

22:12, 18.02.2025

 
“CNN”in məlumatına əsasən, Ukraynanın ABŞ-Rusiya danışıqlarına dəvət edilməməsindən sonra Volodimir Zelenski Səudiyyə Ərəbistanına səfərini təxirə saldı.

“CNN”in yazdığı kimi, ABŞ və Rusiya nümayəndə heyətlərinin Ər-Riyadda görüşündən sonra Ukrayna Prezidenti Volodimir Zelenski Səudiyyə Ərəbistanına səfərini martın 10-na qədər təxirə salacağını açıqlayıb.

“Səudiyyə Ərəbistanında bu Rusiya-Amerika görüşünə bizi dəvət etmədilər. Bu, bizim üçün gözlənilməz oldu. Düşünürəm ki, bu, çoxları üçün gözlənilməz oldu. Biz tamamilə dürüst və açıqıq. Mən heç bir təsadüf istəmirəm, ona görə də Səudiyyə Ərəbistanına getmirəm” – Zelenski bildirib.

Həmçinin, Ukrayna Prezidenti qeyd edib ki, müharibəni bitirmək istəyir, lakin bu, ədalətli olmalıdır və heç kim Ukraynasız qərar qəbul etməməlidir.

“Siz Ukraynasız istənilən şərtlə Ukraynada müharibəni necə bitirmək barədə qərar qəbul edə bilməzsiniz” – Zelenski qeyd edib.

Oxşar