“CNN” – Tramp administrasiyası USAID-in xarici yardımının 90 faizindən çoxunu dayandırır
Tramp administrasiyası USAID-in xarici yardımının 90 faizindən çoxunu dayandırır. Bu haqda məlumatı “CNN” məhkəmə sənədlərinə istinadən yayır.
Ümumilikdə, USAID-in 5800-ə yaxın müqaviləsi dayandırılıb, 500-dən çoxu isə qüvvədə qalır. Eyni zamanda, Dövlət Departamentinin 9100 qrantından daha 4100-ü ləğv ediləcək.
Bundan başqa, Amerika Birləşmiş Ştatları xarici ölkələrə 60 milyard dollar həcmində yardımı dayandırmağı planlaşdırır.
“CNN”nin qiymətləndirməsinə əsasən, xarici yardımın əhəmiyyətli dərəcədə azalması qeyri-kommersiya təşkilatlarının və podratçıların fəaliyyətinə zərbədir.
Amerika mediasının məlumatına əsasən, ABŞ dövlət katibi Marko Rubio hər bir müqavilə ilə bağlı yekun qərarı fərdi şəkildə qəbul edib.