“CNN” – Tramp administrasiyası İsrailin İranla döyüşə qarışmasını istəmir, çünki münaqişəyə nəzarəti itirməkdən qorxur
Donald Tramp administrasiyası İsrailin döyüşə qarışmasını istəmir, çünki münaqişəyə nəzarəti itirməkdən qorxur. Bu barədə məlumatı “CNN” İsraildəki iki mənbəyə istinadən yayır.
“Netanyahu ABŞ-nin zərbələrində iştirak etməyi həqiqətən istəyir, lakin ABŞ bu mərhələdə İsrailin qarışmasını istəmir” – mənbələrdən biri qeyd edib.
Bundan əvvəl İsrailin müdafiə naziri İsrael Kats ölkənin müdafiə qüvvələrinin İrana qarşı müharibəni, hətta bunu müstəqil şəkildə etməli olsalar belə, yenidən başlatmağa hazır olduğunu bildirmişdi.
“İsrailin Müdafiə Qüvvələri yüksək hazırlıq vəziyyətindədir və təhdidləri aradan qaldırmaq üçün İrana qarşı kampaniyanı yenidən başlatmağa, hava üstünlüyünü bərpa etməyə və müstəqil zərbələr endirməyə – hətta üçüncü dəfə olsa belə – hazırdır. Əgər geri qayıtmalı olsaq, daha böyük güclə qayıdacağıq” – İsrael Kats İsrailin Müdafiə Qüvvələrinin yeni pilotlarının buraxılış mərasimində bildirib.