“CNN” – Skot Besenti məlumatı təsdiqləmir ki, Trampın Çin səfəri Hörmüz boğazı ilə bağlı yaranan fikir ayrılığı səbəbindən təxirə salına bilər
“CNN” – Skot Besenti məlumatı təsdiqləmir ki, Trampın Çin səfəri Hörmüz boğazı ilə bağlı yaranan fikir ayrılığı səbəbindən təxirə salına bilər

ABŞ-ın maliyyə naziri Skot Besenti yayılan məlumatı təkzib edib ki, Donald Trampın Çin səfəri Hörmüz boğazı ilə bağlı fikir ayrılığı səbəbindən təxirə salına bilər. Bu barədə “CNN” yazır.

ABŞ maliyyə nazirinin sözlərinə görə, səfərin mümkün təxirə salınması yalnız loqistik məsələlərlə bağlı ola bilər və belə qərarı yalnız prezident verə bilər.

“Bu, prezidentin baş komandan kimi verəcəyi qərar olacaq – müharibə davam edərkən Ağ Evdə qalmaq, ya yox”, – deyə Besenti bildirib.

Qeyd edək ki, Donald Trampın Çin səfəri 31 mart – 2 aprel tarixlərində planlaşdırılıb.