"CNN" - Neftin qiyməti 116.6 ABŞ dollarına qədər azalıb
"CNN" - Neftin qiyməti 116.6 ABŞ dollarına qədər azalıb

 

Neftin qiyməti bir barel üçün 116.6 ABŞ dollarına qədər azalıb.

ABŞ Prezidenti Donald Trampın İran limanlarının blokadasının uzadılması ilə bağlı müzakirələri fonunda neftin qiyməti bu gün əvvəlcə dörd illik rekord həddə – 126 dollara qədər bahalaşıb, bir neçə saat ərzində isə 116.6 dollara qədər azalıb.

Bu haqda “CNN” xəbər verir.

Hazırda Brent markalı neftin dəyəri 116.6, WTI markalı neftin qiyməti isə 106.7 dollar təşkil edir.