“CNN”, “MS NOW” və “Politico” jurnalistlərinin Ağ Evdə işləmək hüququ bərpa olunub

22:44, 24.09.2026

 

Ağ Ev “CNN”, “MS NOW” və “Politico” jurnalistlərinin Ağ Evdə işləmək hüququnu bərpa edib.

ABŞ-də federal hakim Timoti Kelli Tramp administrasiyasına “CNN”, “MS NOW” və “Politico” jurnalistlərinin Ağ Evə giriş imkanını dərhal bərpa etməyi tapşırdıqdan sonra, ABŞ Məxfi Xidməti jurnalistlərin buraxılış vəsiqələrinin yenidən aktivləşdirildiyini təsdiqləyib.

Məlumat üçün bildirək ki, bundan əvvəl Tramp “CNN”, “MS NOW” və “Politico” nümayəndələrinin Ağ Evə daxil olmasını qadağan etdiyini bəyan etmişdi. O, qərarını media vasitələrinin “saxta xəbərlər“ və “yalanlar” yayması ittihamı ilə izah etmişdi.

Oxşar