"CNN" - Misirdə İsrail və "HƏMAS" danışıqları bir neçə məsələyə, o cümlədən İsrail ordusunun Qazadan haraya çəkilməsi və girovların azad edilmə müddətlərinə fokuslanıb
"CNN" - Misirdə İsrail və "HƏMAS" danışıqları bir neçə məsələyə, o cümlədən İsrail ordusunun Qazadan haraya çəkilməsi və girovların azad edilmə müddətlərinə fokuslanıb

 

Misirdə İsrail və “HƏMAS” arasında cari danışıqlar bir neçə mühüm məsələyə, o cümlədən İsrail ordusunun Qəzza sektorundan haraya çəkilməsi, həmçinin girovların azad edilmə müddətləri və azad olunacaq Fələstinli həbsçilərin siyahısına fokuslanıb.

Bu barədə “CNN” mənbəyə istinadən məlumat yayır.

Mənbənin nəşrə qeyd etdiyi kimi, danışıqlarda bir neçə ölkənin rəsmi şəxslərinin də iştirak etməsi ümidverici faktdır.

Məlumat üçün bildirək ki, bu gün Qəzzada müharibənin bitməsi ilə bağlı danışıqlar Şarm əl-Şeyxdə geniş tərkibdə aparılır. Danışıqlarda ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkof və müşaviri Cared Kuşner iştirak edir.

Görüşlərin məqsədi Donald Tramp tərəfindən təklif edilmiş sülh planı üzərində işləməkdir.