“CNN” – Mənbənin məlumatına əsasən, İsrailin İrana hücumu həlledici və ağrılı cavabla müşaiyət olunacaq
İsrailin İrana hücumu həlledici və ağrılı cavabla müşaiyət olunacaq – bu haqda “CNN”ə anonim mənbə deyib.
“İran İslam Respublikasının sionist rejimin təcavüzünə cavabı həlledici və ağrılı olacaq” – mənbə bildirib.
Mənbənin hücumun dəqiq tarixini deməməsinə baxmayaraq, o, bunun ABŞ-ın prezident seçkilərindən əvvəl baş verəcəyini qeyd edib.
Bundan əvvəl İranın ruhani lideri Ayətullah Əli Xamenei isə bildirmişdi ki, İsrailin İrana qarşı həyata keçirdiyi hücuma cavab nə az, nə də çox olmalıdır.