CNN xəbər verir ki, son bir neçə gün ərzində bəzi ölkələr ABŞ və İran arasında mesajların ötürülməsində vasitəçi rolunu oynayır
CNN xəbər verir ki, son bir neçə gün ərzində bəzi ölkələr ABŞ və İran arasında mesajların ötürülməsində vasitəçi rolunu oynayır.
Məlumata görə, Türkiyə və Misir artan gərginliyi azaltmaq məqsədilə bu prosesdə iştirak edir.
CNN-in məlumatına əsasən, ABŞ prezidenti Donald Trump-ın xarici siyasət üzrə nümayəndəsi Steve Witkoff regionun bir sıra nümayəndələrindən xəbərdarlıq alıb ki, Trampın İranın elektrik stansiyalarına zərbə endirməklə bağlı təhdidləri kütləvi cavab hücumlarına səbəb ola bilər. Bu cavab tədbirləri, o cümlədən Fars körfəzi regionunda ABŞ-ın müttəfiqlərinə qarşı yönələ bilər.
Həmçinin bildirilib ki, region rəsmiləri İranın xarici işlər naziri Abbas Araghchi ilə də əlaqə saxlayıblar.