"CNN" - İsrail və ABŞ atəşkəs danışıqlarında təzyiq göstərmək üçün İrana qarşı potensial qısamüddətli kampaniyaya hazırlaşırlar
"CNN" - İsrail və ABŞ atəşkəs danışıqlarında təzyiq göstərmək üçün İrana qarşı potensial qısamüddətli kampaniyaya hazırlaşırlar

 

İsrail və ABŞ atəşkəs danışıqlarında təzyiq göstərmək üçün İrana qarşı potensial qısamüddətli kampaniyaya hazırlaşırlar.

Bu haqda məlumatlı mənbə “CNN”ə bildirib.

Yayılmış məlumata əsasən, qısamüddətli hərbi kampaniya enerji infrastrukturuna və iranlı yüksək vəzifəli şəxslərin məqsədyönlü qətllərinə fokuslanacaq. Bu planların əksəriyyəti aprelin əvvəlində atəşkəs razılaşması bağlanmazdan əvvəl əsasən hazırlanmış və həyata keçirilməyə hazır idi.

“Məqsəd danışıqlarda sonrakı güzəştlərə getməsi üçün İrana təzyiq göstərməyə yönəlmiş qısamüddətli kampaniya aparmaq olacaq” – mənbə “CNN”ə bildirib və hərbi əməliyyatların bərpası ilə bağlı istənilən qərarın sonda Donald Trampdan asılı olduğunu vurğulayıb.

“CNN”in məlumatına əsasən, Tramp danışıqların dalana dirənməsindən və Hörmüz boğazını aça bilməməkdən məyusdur, lakin mənbə həmçinin Trampın İranla tammiqyaslı münaqişəni bərpa etmək istəmədiyinə işarə edir.