CNN : İsrail narahatdır ki, Donald Trump İranla iki ölkəni müharibə həddinə gətirib çıxaran əsas məsələlər həll olunmamışdan əvvəl razılaşma əldə edə bilər
CNN : İsrail narahatdır ki, Donald Trump İranla iki ölkəni müharibə həddinə gətirib çıxaran əsas məsələlər həll olunmamışdan əvvəl razılaşma əldə edə bilər

İsrail narahatdır ki, ABŞ Prezidenti Donald Trump İranla iki ölkəni ilkin olaraq müharibə həddinə gətirən əsas məsələlər həll olunmamışdan əvvəl razılaşma əldə edə bilər. Bu barədə CNN
İsrailin bir neçə mənbəsinə istinadən məlumat yayıb.

Mənbələrin sözlərinə görə, İranın nüvə proqramının bir hissəsini toxunulmaz saxlayacaq və ballistik raketlər, eləcə də regional “proksi” qruplara dəstək kimi məsələləri kənarda qoyacaq mümkün razılaşma İsraili müharibənin başa çatmadığı qənaətinə gətirə bilər.

CNN yazır ki, müharibənin ilk mərhələsində Tramp ABŞ-ın İranın ballistik raket proqramının məhv edilməsini, regional qruplara dəstəyin dayandırılmasını və ölkənin heç vaxt nüvə silahı yarada bilməməsi üçün nüvə obyektlərinin bağlanmasını istədiyinə işarə etmişdi. Lakin 10 həftə sonra aparılan danışıqlar əsasən uran məsələsinə, xüsusilə onun silah istehsalı üçün lazım olan səviyyədə zənginləşdirilməsinə və Hörmüz boğazının açıq saxlanmasına fokuslanıb.

“Trampın pis bir razılaşmaya gedəcəyi ilə bağlı real narahatlıq var”, – deyə mənbələrdən biri CNN-ə bildirib.

İsrailli yüksəkvəzifəli şəxsin sözlərinə görə, danışıqların uğursuz olacağı halda ölkə yüksək hazırlıq vəziyyətini qoruyur.

“Müqavilənin baş tutmamasından məmnun olarıq, Hörmüz boğazının blokadasının davam etməsindən məmnun olarıq və İranın daha bir neçə zərbə almasını da müsbət qarşılayarıq”, – deyə mənbə bildirib və yekun qərarın Trampdan asılı olduğunu vurğulayıb.

Onun sözlərinə görə, əgər İran tərəfi danışıqları uzatmağa davam etsə, eskalasiya real ssenariyə çevrilə bilər.